Məleykə Əsədova İlhaməyə cavab qaytardı: "İstəmirsə, heç oxumaram" - QALMAQAL
12 Dekabr 2012 19:39 Mədəniyyət"Mən o mahnını on il bundan əvvəl oxumuşam, özü də İlhamə Quliyevanın öz icazəsi ilə. Mən ona belə bir istəyim oluduğun bildirdim, mahnı müəllifi Faiq Sücəddinovdan da razılıq aldım və başladım oxumağa. Nooldu, on ildə səsi çıxmadı, indi mahnıya qadağa qoyur? Bilmirəm, mənim varlığım bunları niyə incidir?" Xalq artisti Məleykə Əsədovanın primadonnaya cavabı çox yubanmadı. Akademik Milli Dram Teatrının aktrisası bir sənətkar olaraq İlhamə Quliyevaya böyük hörmət bəslədiyini desə də, qarşı tərəfin onun barəsində söylədiyi ittihamlardan məyus olduğunu gizlətmədi: "Mən o mahnını şeirlərlə ifa etmişəm, gözəl də alınıb. O mahnının neçə illər klipi də efirlərdə yayımlandı. Son vaxtlar heç oxumamışam da. Sadəcə, bir tədbirdə xahiş etdilər, oxudum. Mən gözəl aktrisayam, gözəl obrazlar yaradıram. Aktrisanın səsi də olmalıdır, sadəcə mən məəttəl qalıram bu insanlara ki, niyə mənim varlığım onları belə narahat edir. İstəmirsə, heç oxumaram".