YUNESKO tərəfindən yüksək qiymət alan tarla bağlı tədbir keçirilib
12 Dekabr 2012 13:22 MədəniyyətAzərbaycan tar ifaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi və YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının 2013-cü ilin 2-8 dekabr tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sədrliyi Bakı şəhərində keçirilməsi ilə bağlı Muğam Mərkəzində tədbir keçirilib."Azadinform"un məlumatına görə, mərasimdə tar sənəti haqqında filmin nümayişi və tar musiqisinin rəngarəng nümunələrindən ibarət İtaliyada istehsal edilən diskin təqdimatı olub. Həmçinin tar ifaçılarının iştirakı ilə konsert proqramı təqdim edilib.
Tədbirin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan xalqını təbrik edib və bu hadisənin Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olduğunu qeyd edib.