İradə İbrahimova Bakıya qayıtmalı oldu
12 Dekabr 2012 12:59 MədəniyyətBəstəkar Gövhər Həsənzadə İradə İbrahimova ilə yeni layihə üzərində işləyir. Bu barədə Lent.az-a açıqlama verən bəstəkar layihənin nədən ibarət olduğunu açıqlamayıb: "İstanbula gəlin köçən İradə İbrahimova artıq Bakıdadır. Müğənninin gəlişi onunla gerçəkləşdirəcəyimiz növbəti layihəmizə hazırlıqla bağlıdır. Layihə barədə ətraflı məlumat verməyəcəyəm, hər şey hazır olandan sonra detalları açıqlayacağıq".
Qeyd edək ki, İradə İbrahimovanın türkiyəli müğənni Murad Dakılıcla birgə layihəsi nəzərdə tutulub. İradə İbrahimova bunun üçün heç bir məsrəfdən qaçmayacağını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31