Aygün Kazımova Bakıya döndü
12 Dekabr 2012 12:49 MədəniyyətHollivuda səfərə hazırlaşan Aygün Kazımova Türkiyədə əməliyyat olunduqdan sonra vətənə dönüb.
"Qafqazinfo"nun məlumatına görə, dünən axşam saatlarında Bakıya gələn xalq artistini hava limanında jurnalistlər və prodüsseri Tolik qarşılayıb. Plastik əməliyyatdan sonra çox yaxşı görünən Kazımova böyük enerji ilə Hollivud layihəsi üzərində çalışacağını da deyib.
Xatırladaq ki, xalq artistinin Hollivuda səfərinin məqsədi adı sirr olaraq saxlanılan dünya ulduzu ilə gerçəkləşdiriləcək duetdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31