Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri keçirilir
12 Dekabr 2012 12:31 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokola əsasən 2012-ci il 10-14 dekabr tarixində Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri keçirilir.
Tədbir çərçivəsində 11 dekabr, saat 17:00-da Milli İncəsənət Muzeyində Çin rəssamlarının "Rəngkarlıq - İpək yolu" adlı sərgisi açılıb, 11 və 13 dekabr tarixlərində, saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində məşhur Qansu Teatrının təqdimatında "Dunxuan mağarasının cazibəsi" rəqs - tamaşası göstəriləcək.
Foto "OLAYLAR"İA-nındır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31