Günel yeni ilə belə hazırlaşır

Tanınmış müğənni Günel Məhərrəmovadan xəbər var. "Qafqazinfo"ya açıqlama verən müğənninin prodüseri Səbuhi Arif bildirib ki, Günel sözləri və musiqisi Tunara məxsus olan yeni mahnısına klip çəkəcək: "Klip dekabrın 15-nə kimi hazır olacaq. Klipin rejissoru isə müğənni özü olacaq".
İfaçının prodüseri onu da söyləyib ki, G.Məhərrəmova yeni ildə tanınan bir sima ilə duet oxuyacaq. O, duet ortağının adının açıqlanmasının hələ ki, istəmir: "Bu, sürprizdir. Yeni ildən sonra Günel həmin şəxslə görünəcək. Çox maraqlı bir iş olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31