Xalq artisti 2 ay səhnəyə çıxmayacaq

Bir neçə gün öncə Neftçilər xəstəxanasında əməliyyat olunan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlikov xəstəxanadan evə buraxılıb.Bu barədə Lent.az-a danışan xalq artisti bildirib ki, o, artıq xəstəxana ilə vidalaşıb. Ramiz Məlikov deyib ki, həkimlər onun səhnəyə çıxmasına 2 ay qadağa qoyublar.Qeyd edək ki, 2 dəfə infarkt keçirən xalq artisti ürək-damar sistemində yaranan problemlərə görə, noyabrın 24-də Neftçilər Xəstəxanasında ağır əməliyyat keçirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31