İzzət Bağırov: “Bu işdə birinci mənəm və məndən qabaq da heç kim olmayıb”
11 Dekabr 2012 20:05 MədəniyyətNeçə vaxtdır elə şou-əhli də, media nümayəndələri də müğənni İzzət Bağırovun səssiz olmasından narahat idi. Bilinirdi ki, bu səssizlik "yatmış vulkan"ın səssizliyi ilə müqayisə oluna biləcək bir səssizlikdir.
Amma deyəsən Vulkan "oyanıb". Özü də sərt cavablarla çıxıb onun səsi. "Azadinform"un məlumatına görə, İzzət Bağırov xarici ölkələrdə klip çəkdirən müğənnilərə sərt cavab verib. Müğənni deyib ki, heç də heç kim özünü yorub bu sahədə birinci olduğunu sübut etməyə çalışmasın, bu işdə birinci mənəm və məndən qabaq da heç kim olmayıb. Söhbət xaricdə klip çəkdirməkdən gedir. Əl-qərəz, İ.Bağırovun müxtəsər cavabı belə olub: "Azərbaycandan kənarda ilk klipi illər öncə mən çəkdirmişəm, mən Dubayda klip çəkdirən də indiki müğənnilərin çoxu bu sənətdə yox idi. Çıxıb efirdən bunu ilk mən etdim deməsinlər, çünki hər kəs çox yaxşı bilir kimin birinci nə etdiyini. Mən çox ilklərə imza atmışam, amma bunu heç vaxt dilə gətirməmişəm".