Jerar Depardye rəsmən köçdü
Məşhur fransız aktyoru Jerar Depardye rəsmən Belçikaya köçüb
11 Dekabr 2012 16:53 MədəniyyətBu ölkə imkanlı fransızlar arasında çox populyardır, çünki vergilər Fransa ilə müqayisədə çox aşağıdır. Bu barədə Belçika mediası xəbər yayıb.Aktyor əvvəl özü təsdiq etmişdi ki, Fransa sərhəddi yaxınlığındakı Neşenin Eno əyalətində özünə ev alıb. Bu ərazidə əksər fransız milyarderlərin villaları var.İndiki Fransa prezidenti Fransua Oland sosialistlərin namizədi olarkən büdcə çatışmazlığını aradan qalırmaq üçün 2013-cü ildən ildə 1 milyon dollar qazananların 75% vergi ödəməsini təklif etmişdi. Elə bu səbəbdən də Fransanın varlı adamları hazırda London, Nyu-York və Brüsseldə yaşamağa üstünlük verirlər.Gələn xəbərlərdə o da qeyd olunur ki, Fransanın və Avropanın ən varlı adamı sayılan Bernar Arno da Belçika vətəndaşlığı almaq üçün bu ölkənin müvafiq orqanlarına rəsmi müraciət edib. Düzdür, cənab Arno az sonra bəyan etdi ki, Fransaya vergi ödəməkdə davam edəcək, sadəcə, Belçikada da bizneslə məşğul olmaq üçün ikili vətəndaşlığa ehtiyac yaranıb.
Onu da qeyd edək ki, sentyabrda Azərbaycanda olan aktyor Aleksandr Düma haqqında sənədli filmin çəkilişlərində iştirak edib. Xatırladaq ki, fransız yazıçısının Qafqaza səyahəti haqqında sənədli filmdə baş rolu J.Depardye canlandırıb.
Onu da xatırladaq ki, bu yaxınlarda sərxoş halda motosikleti idarə edən 63 yaşlı aktyorun qəza törətməsi də uzun zaman mətbuatın diqqətində olmuşdu.
"Yeni müsavat"