Bakıda İncəsənət Biennalesi keçirilir

11-16 dekabr tarixində Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək.  Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə 2003-cü ildən etibarən Bakıda hər iki ildən bir keçirilən "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi artiq ənənə şəklini alıb və Azərbaycana dünyanın onlarla ölkəsindən olan rəssamları, sənətşünasları, kuratorlarını cəlb edib.  11-16 dekabr tarixlərində Bakıda keçiriləcək biennaledə yenə də Avropa və Asiya ölkələrindən olan rəssamların, sənətşünasların və kuratorların iştirakı nəzərdə tutulur. Azərbaycan müasir incəsənətini onun hüdudlarından kənarda yaşayan tamaşaçıya və mütəxəssislərə tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi biennalenin əsas məramıdır. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, "Yarat!" Yaradıcılıq Məkanıdır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31