Faiq Ağayevdən İTTİHAM
“Şedevr sayılacaq əsərlərin az olmasının səbəbi bəlkə kütlənin, bəlkə də mahnıları sifariş edənlərin tələbinə görədir”
11 Dekabr 2012 15:48 MədəniyyətQara Qarayev, Üzeyir Hacıbəyov, Tofiq Quliyev kimi bəstəkarların bəstələri özləri kimi də tarix olub. Görünür, Azərbaycan adamı bu cür bəstəkarların doğulması üçün çox gözləməli olacaq. Aradan ötən uzun illər onların səsini köhnə qramafon vallarında itirib. İndi isə yağışdan sonra göbələk kimi artan radio və televiziyalarda bayağı mahnılara qulaq asmağa məcburuq. Bu bir reallıqdır ki, Eldar Mansurov, Hüseyn Abdullayev, Faiq Sücəddinov kimi bəstəkarlar xaricində kimsə Qara Qarayevin simfoniyaları, musiqisi fonunda ortaya könülləri oxşayacaq musiqi qoymaq marağında deyil. Məsələyə münasibət bildirən Azərbaycanın xalq artisti, müğənni Faiq Ağayevin sölərinə görə bunun əsl səbəbi yeni dövrün tələbləridir: "Deməzdim ki, son zamanlarda azərbaycanlı bəstəkarlar ortaya yaxşı əsərlər qoya bilmirlər. İndiki məqamda kəmiyyət həlledici rol oynamır. Bizim gözəl sənətkarlarımız var ki, gözəl-gözəl əsərlər ərsəyə gətirirlər. Ancaq, şedevr sayılacaq əsərlərin az olmasının səbəbi bəlkə kütlənin, bəlkə də mahnıları sifariş edənlərin tələbinə görədir. "Azərbaycanda yaxşı əsərlər yaradacaq bəstəkarlar ümumiyyətlə yoxdur" fikri ilə qətiyyən razı deyiləm. Az da olsa var, amma var" (OLAYLAR İA)