Bakıda Türk Mədəniyyəti və İrsi Fondu yaradılacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyət göstərəcək. Artıq Milli Məslis Fondun Nizamnaməsini təsdiq edib. "Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi barədə qanun layihəsi" barədə məlumat verən  parlamentin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib  ki, Fondun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlətləridir. Onun sözlərinə görə, Fondun mərkəzi Bakı şəhəri olacaq və ilk prezidenti də azərbaycanlı seçiləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31