Yekaterinburqdan sonra Sankt-Peterburqu da "Dolu" tutdu
11 Dekabr 2012 14:32 MədəniyyətAqil Abbasın eyni adlı romanının motivləri əsasında rejissor Elxan Cəfərovun çəkdiyi Azərbaycanın müasir tarixində ən faciəli səhifələrdən birinə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan film Rusiyanın Moskva şəhərindən sonra dekabrın 7-də Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Ural filialının akt zalında nümayiş olunub. Filmin nümayişi böyük müvəffəqiyyətlə keçib. Tamaşaçılar "Dolu"nun yaradıcı heyətini ayaq üstə alqışlayıblar. Sankt-Peterburqda filmin nümayişi tam anşlaqla keçib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31