Günel dəyişdi
11 Dekabr 2012 12:49 Mədəniyyətəhnəyə gəldi, oxudu, tamaşaçı sevgisi qazandı, amma ailə qurdu səhnədən getdi, bir müddətdən sonra isə yenidən səhnəyə qayıtdı.
"Azadinform" xəbər verir ki, bu yaradıcılıq və həyat xronologiyası şou-biznesin gənc müğənnisi Günel Məhərrəmovaya aiddir. Günelin səsinə onun köhnə mahnılarında qulaq asmaqla kifayətlənən tamaşaçı və dinləyicilərə şad xəbər var. Ailə qurandan sonra yenidən səhnəyə qayıdan müğənni Günel Məhərrəmova bir çox yeniliklər etməyə başlayıb: yeni prodüser tapıb, yeni maşın alıb, yeni imic formalaşdırıb, yeni mahnılar əldə edib. Güneldən haqqında öyrəndiyimizə görə, onun bəstəkar Tunardan götürdüyü və 5 günə hazır olacaq mahnısı, klipi, hətta dueti, həmçinin başqa bəstəkarlardan da səsləndirəcəyi mahnıları olacaq.
Günel gündəmə tamam başqa ab-hava ilə, yeni əsən yellə gələcəyini söyləyir. Ümid edək ki, "yel ilə gələn, sel ilə gedər" məsəli ona aid olmayacaq və o, bu yeniliklərində möhkəm və davamlı olacaq.