Əməliyyat olunmuş Afaq Bəşirqızı istirahətə ehtiyac duyur
11 Dekabr 2012 12:35 Mədəniyyət"Səhhətim çox yaxşıdır. Özümü normal hiss edirəm. Hər şey yaxşıdır". Modern.az-a açıqlamasında bu sözləri Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı deyib. Onun sözlərinə görə, əməliyyatdan sonra səhhəti normaldır, heç bir narahatlıq hiss etmir.
A.Bəşirqızı bildirib ki, bir müddət istirahət etməyə ehtiyacı var. "Hələ ki işə çıxmıram. Bir az istirahət etmək istəyirəm. Amma səhnəyə qayıdışım möhtəşəm olacaq. Tamaşaçılarıma çox böyük sürprizlərim var".
Qeyd edək ki, xalq artisti sentyabrın 26-da Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31