“Milyoner arvadına xidmətçiliyi təklif etdi”

Belarusiyanı "Eurovision-2005"də təmsil edən Anjelika Aqurbaş oğlunu yalnız bir şərtlə görə bilər...

"Qafqazinfo"nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belarus müğənninin 58 yaşlı əri, "Mortadel" kolbasa müəssisəsinin sahibi Nikolay Aqurbaş keçmiş arvadına bəyan edib ki, 8 yaşlı oğlu Anastası görmək üçün o, ərinin yanına köçməlidir. Milyoner biznesmen keçmiş arvadına təklif edib ki, onun korteclərindən birində, xidmətçi evində məskunlaşsın: "Evimlə həmin kortec arasında hasar var. Anjelika məhz bu sayədə oğlunu tez-tez görə biləcək".
Lakin Anelika ərinin ona etdiyi təklifi qəbul etməyib. O, oğlunun onunla yaşamasını tələb edir. 42 yaşlı müğənni milyoner ərindən 11 illik evlilikdən sonra - bu ilin avqust ayında boşanıb. Məhkəmənin qərarına görə, oğlu atasına verilib.Müğənni iddia edir ki, əri ona başqa bir qadınla xəyanət edib: "Hətta o qadın hazırda onun şirkətində yuxarı postda işləyir, onunla eyni evdə yaşayır. Bu haqda bütün doğmalarının məlumatı var". Qeyd edək ki, Belarusu "Eurovision - 2005"də təmsil edən Anjelika Aqurbaş daha sonralar "Karta muzıki" saytına verdiyi müsahibədə bildirib ki, istənilən ölkə bu müsabiqədə pulla qələbə qazana bilər: "Mən "Eurovision"a yollananda elə bilirdim ki, Avropa həqiqətən səs verir, hər şey vicdanladır. Sən demə, təşkilatçıların sözləri həlledici imiş. Onlara baxımlı final lazım idi. Bu da alındı. 2005-ci ildə müsabiqə ərəfəsində ərimlə mənə bir kişi yaxınlaşdı və özünü "Eurovision" təşkilatçılarından biri kimi təqdim edib çəkinmədən dedi: "Sənə hərəsi 100 min dollar müqabilində 10 ölkənin 12 balını təşkil edə bilərəm." Belə çıxır ki, milyon dollara mən finala çıxa bilərdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31