İbrahim Tatlısəs həbs qərarı ilə üzləşib

Bir neçə gün əvvəl azərbaycanlı ekstrasens Nuridə Küskün tərəfindən müalicə olunmaq məqsədilə Azərbaycana gələn, amma gəlişindən bir gün sonra qeyri-müəyyən səbəbdən Türkiyəyə qayıdan "İmperator" ləqəbli məşhur türk müğənnisi İbrahim Tatlısəsin əmlakına həbs qoyulub.
"Azadinform" Türkiyə mətbuatına istinadən xəbər verir ki, maddi cəhətdən sıxıntılı günlər keçirən İ.Tatlısəs 2 milyon 100 min lirə borcunu ödəyə bilmədiyinə görə, onun 11 şirkətinin əmlakına həbs qoyulub.
Ötən il silahlı hücuma məruz qaldıqdan sonra səhnəyə çıxa bilməyən Tatlısəsin maddi cəhətdən çox ağır günlər keçirdiyi bildirilir. "İmperator" bu qərarla barışmayaraq qarşı tərəfə məhkəmə iddiası qaldırıb. İstanbul İcra Məhkəməsinin öz növbəsində müğənninin iddiasını qəbul edərək müvafiq qərar verəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31