Möhtəşəm Süleyman seks düşkünü olub? – QALMAQAL
10 Dekabr 2012 17:45 MədəniyyətUzun müddətdir ki, Türkiyənin gündəmini məşğul edən "Möhtəşəm Yüz İl" serialı ilə bağlı müzakirələrə ABŞ-ın "New York Times" qəzetindən sonra İngiltərənin nüfuzlu qəzetlərindən olan "The Guardian" da qoşulub.
ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "The Guardian" qəzeti "Ölkənin siyasətçilərini hövsələdən çıxaran serial" başlığı ilə təqdim etdiyi yazıda Ərdoğanın belə bu serialı tənqid etdiyi qeyd edilib. Qəzetdə həmçinin bildirilib ki, Türkiyədə tarixi şəxsiyyətlərin səhv təqdim edilməməsi üçün parlamentdə qanun layihəsi çıxarıla bilər.
"Guardian" qeyd edib ki, serialdakı Süleyman obrazı Möhtəşəm Süleymandan daha çox seks düşkünü Süleymana bənzəyir. Məqalədə Sultan Süleyman haqqında ətraflı məlumat verilib, onun ölkədə yaratdığı qanun-qaydalar, fəthləri, gördüyü işlər barədə yazılıb.