“Hamısı lüt gəzirlər...” - Əli Mirəliyev

“İndi sənətə yox, pula, bazara qulluq edənlərin sayı artıb”

Son zamanlar Azərbaycanın köhnə sənətçi və musiqi dinləyicilərinin sayı aşağı düşüb. Sənət adamları bunu yeni-yeni savadsız müğənnilərin ortaya çıxması ilə əlaqələndirirlər. Demək olar ki, artıq Oqtay Ağayev, Sara Qədimova, Tükəzban İsmayılova, Şövkət Ələkbərovanın şah əsərləri Azərbaycanın Qızıl Fondunda qocalıb. İndi bu sənətkarların adlarını belə bilməyənlər var. Məsələyə münasibət bildirən əməkdar artist, müğənni Əli Mirəliyevin sözlərinə görə köhnə sənətkarlara qarşı hörmətsizliyin artmasına səbəb telekanalların səviyyəsiz insanları efirə buraxmalarıdır, pul verib "əməkdar artist" adı almalarıdır: "İndi sənətə yox, pula, bazara qulluq edənlərin sayı artıb. Ona görə də bizim sənət bu gündədir. Əlibaba Məmmədova, Alim Qasımova, Ağaxan Abdullayevə, Teymur Əmraha, Aygün Bəylərə qulaq asan yoxdur. Hamısı lüt gəzirlər, səviyyəsiz klip çəkdirirlər, bunları efirə verməsələr camaat haradan biləcək bunları? Əsl səbəb bəzi telekanalların prezidentləridir"  ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31