Rəvan Habiloğlu ilə Sevinc Babayeva sevgili imiş
“Sevinc Babayeva özü mənimlə tanış olmaq istədi”
10 Dekabr 2012 17:28 MədəniyyətEtibarlı mənbədən Publika.az -a daxil olan məlumata görə, hazırda fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin keçmiş millət vəkili Gülər Əhmədova ilə bağlı yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan M.Ə.Sabir adına kitabxananın sabiq direktoru Sevinc Babayeva Habil Əliyevin oğlu, tanınmış müğənni Rəvan Habiloğlunun sevgilisi olub. Mənbənin bildirdiyinə görə, hətta onlar uzun müddət birlikdə yaşayıblar... Məsələ ilə bağlı Publika.Az-a açıqlama verən Rəvan Habiloğlu S.Babayeva ilə aralarındakı münasibətləri danmasa da, bildirib ki, tanınmış müğənni olduğu üçün tanışları çoxdur: "Mən kişiyəm, çox adamlarla tanış ola və ünsiyyət qura bilərəm. Sevinclə aramızda münasibət dostluq və "salam-sağol" səviyyəsində olub. Yaradıcı, ictimailəşmiş insanam, Sevinc də özü mənimlə tanış olmaq istəyib. Deyib ki, şou-biznesdə nə çətinliklərin olsa, kömək eləməyə hazıram. Onun son vaxtlar başına gələn işlərdənsə, inanın Allaha, heç xəbərim də yoxdur. Mətbuatı da izləməmişəm ki, xəbərdar olum. Amma bu gün də salam versə, salamını alacam, çünki mən dostluğa həmişə hörmətlə yanaşmışam. Rəvanı yüz minlərlə qadın tanıyır, bu, o demək deyil ki, onların adını mənə qoşub, ayağımın altını qazımalıdırlar. Mənim çox sevgililərim olub, buna görə utanmıram, çünki kişiyəm. Yenə də deyirəm, Sevinc xanımın da məndən xoşu gəlib, ünsiyyət qurmuşuq. O vaxtlar onun gözəl çevrəsi vardı, yaxşı insanlarla oturub-dururdu. Sevinci sevsəydim, alıb özümə arvad edərdim də". R.Habiloğlu S.Babayevanın ondan da qabaq bir çox şou-biznes nümayəndələri ilə dostluq etdiyini bildirib: "Həmin o Sevinc məndən də qabaq şou-biznesdə olan bir çox adamlarla dostluq edib. Dəqiq deyirəm, onun bu saat şou-biznesdə at oynadan bir müğənni ilə çox yaxın münasibətləri olub. Amma niyə həmin müğənninin deyil, məhz mənim adımı hallandırırlar? Çünki Rəvan Habiloğlunun daşı ağırdır, düşüb düşmənlərinin başına..."