Sezen Aksu "Muhteşem yüzyıl"ın müdafiəsinə qalxdı
10 Dekabr 2012 19:59 MədəniyyətTürkiyənin ən populyar serialı "Muhteşem yüzyıl" ilə bağlı müzakirələr və qalmaqallar səngimək bilmir. Baş nazir Rəcəb Tayyib Ərdoğan serialı sərt tənqid edəndən sonra iqtidardakı Ədalət və İnkişaf Partiyasından (AKP) olan bir neçə millət vəkili "Muhteşem yüzyıl"ın nümayişinin dayandırılması ilə əlaqədar qərar layihəsi hazırlamağa başladıqlarını deyiblər. Milli.Az Hürriyet-ə istinadən bildirir ki, tanınmış müğənni Sezen Aksu belə mövqelərə qəti etirazını bildirib.
"Ölkəmizdə film təki seriallar çəkilir. Bir çox seriala baxıram, "Muhteşem yüzyıl"ı da sevərək izləyirəm. Serialla bağlı müzakirələrin belə davam etməsinə, ümumiyyətlə, belə dartışmalara ehtiyac görmürəm", - Aksu deyib.
O, serialının nümayişinin dayandırıla biləcəyinə də inanmadığını vurğulayıb: "Belə sevilən, populyar serialın nümayişinin dayandırılması mümkün deyil. Millətin baxdığı serialın millət vəkilləri tərəfindən yasaqlanması problemlər yarada bilər".