Ebru Gündeş İranda qanunu pozdu
10 Dekabr 2012 15:25 Mədəniyyətİran mətbuatı Kərəc şəhərində olan Türkiyənin məşhur müğənnisi Ebru Gündəşin restoranların birində mahnı oxuduğunu yazıb.
"Qafqazinfo"nun məlumatına görə, həyat yoldaşı ilə birgə İranda səfərdə olan müğənni heyranlarının israrlarından sonra restoranda mahnı oxuyub.
Daha sonra yerli mətbuat qadın ifaçıların təkbaşına mahnı oxumasının İranda qadağan olduğunu xatırladıb. İran KİV-i Ebru Gündeşin başı örtülü çəkilmiş fotosunu da yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31