“Şeron” qrupu nədən narazıdır?
10 Dekabr 2012 14:18 MədəniyyətMüğənni Ülvi Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupu türk rejissorlarla çalışacaq.Bu barədə Lent.az-a açıqlama verən qrupun üzvü Sənan Əliyev bildirib ki, yerli rejissorların işi onları qane etmir: "Ən son ifa etdiyimiz, sözləri və musiqisi Hüseyn Abdullayevə məxsus olan mahnımızın klipini türk rejissorla həvalə etmək qərarına gəldik. Bu klipi yerli rejissorlara çəkdirə bilərdik. Lakin onların işi bizi qane etmir. Çünki biz türk və yerli rejissorların çəkdiyi klipləri müqayisə etsək, böyük bir fərq olduğunu görəcəyik. Onların klipdə istifadə etdikləri aparatura Azərbaycanda yoxdur. Mənə elə gəlir ki, Türkiyədə klipin çəkilməsi zamanı istifadə edilən kameralar, vəsaitlər bizim rejissorlarda da olsa, bəlkə də onlardan yaxşı klip çəkərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31