Sənətçilərimizin Yeni il hazırlıqları

Milli.Az sizə sənətçilərimizin sosial şəbəkələrdəki macəralarını təqdim edir.

1. Növbəti dəfə əməliyyat keçirən xalq artisti Aygün Kazımovanın ilk fotosunu prodüser Tolik paylaşdı.

2. Digər xalq artisti və hazırda növbəti solo-konsertinə hazırlaşan Faiq Ağayev "F.A Vida" üçün hazırlanan xüsusi videoçəkilişdə.

3. "Eurovision" ulduzu Nigar Camal isə nəhayət ki, Azərbaycan dilində ilk mahnısını təqdim etdi. Bu görüntü də "Sevdiyimə nifrət edirəm" mahnısına çəkilən klipdəndir.

4. Natavan Həbibi superstar Beyonsun "Listen" mahnısını özünəməxsus şəkildə ifa etdi.

5. Hitmeyker Murad Arif yeni hit hazırlayır. "Bumeranq" yaxın vaxtlarda eşidiləcək.

6. "Məktəb illəri" mahnısı ilə hamının qəlbinə yol tapan Lalə Məmmədova və mahnısının bəstəkarı Aygün Səmədzadə uzun müddətdən sonra bir araya gəldilər.

7. Vaqif Gərayzadə tələbələrini başına yığdı. Şoumen Murad Arif də eks "Şeron" və "W-Trio" heyətinə qoşuldu.

8. "Eurovision"a hazırlaşan lənkəranlı nənələr Dj Çina ilə. Sənətçilər "Bizimkilər" layihəsi üçün görüşdülər.

9. Türkiyədə yaşayan model Günay Musayeva "Best Model of the World 2012" seçimlərində məşhur müğənni Ece Gürselle.

10.  Qubada "Bozbash Pictures" çəkilişləri baş tutdu. Aktyorlar elə orada hərbi xidmətdə olan müğənni Azad Şabanova da baş çəkməyi unutmadılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31