Naxçıvanda Bəhruz Kəngərlinin sərgisi açılıb
10 Dekabr 2012 13:15 MədəniyyətNaxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunan sərgi açılıb.
Sərgidə ilk dəfə olaraq Bəhruz Kəngərlinin əsərlərinin tam külliyyatı sərgilənir. Azərbaycan realist rəssamlığının banisi olan Bəhruz Kəngərli istedadlı fırça ustası olmaqla bərabər, eyni zamanda, öz dövrünün reallıqlarını böyük şövqlə ifadə edən, xalqımız qarşısında mühüm xidmətlər göstərib. O, xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini öz əsərlərində dolğun əks etdirən bir sənətkardır. Sərgi 10 gün davam edəcək. Qeyd edək ki, hazırda Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulur. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31