Bakıda Çinin mədəniyyət günləri başladı

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokola əsasən 2012-ci il 10-14 dekabr tarixində Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günlərinin keçiriləcək. Nazirliyin məlumatına görə tədbir çərçivəsində 11 dekabr, saat 17:00-da Milli İncəsənət Muzeyində Çin rəssamlarının "Rəngkarlıq - İpək yolu" adlı sərgisi açılacaq, 11 və 13 dekabr tarixlərində, saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində məşhur Qansu Teatrının təqdimatında "Dunxuan mağarasının cazibəsi" rəqs - tamaşası göstəriləcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31