"Ulduza toxun": Sənətçilərimiz dünya ulduzları ilə bir arada

Milli.Az sənətçilərimizin dünyaca məşhur müğənnilərlə özəl fotolarını təqdim edir.

1. Abbas Bağırov və Şakira. Əməkdar artist Abbasın bu fotosu illər öncənindir. Rusiyada baş tutan tədbirlərin birində Abbas Şakira, Meraya Keri və digər ulduzlarla bir səhnəni bölüşmüşdü.
2. Növbəti foto da Abbas Bağırova aiddir. Tanınmış ərəb müğənnisi Alabina və Abbasın bu fotosu da bir neçə il öncə çəkilib.
3. "Eurovision" ulduzu Safura Əlizadənin bu fotosu böyük marağa səbəb olmuşdu. Sevilən müğənninin fanatı olduğu aktyorla çəkdirdiyi şəkil sosial şəbəkələrdə sürətlə yayılmışdı. Safura və "Alatoran"ın baş qəhrəmanlarından olan Robert Pattinson.
4. "Eurovision 2011"in qalibləri Ell və Nikki dünyaca məşhur Britaniya qrupu "Blue" ilə birlikdə.
5. Nura Suri və dünya şöhrətli futbolçulardan biri Roberto Karlos.
6. Tanınmış şoumen Murad Dadaşovun bu ay çəkilən fotosu. Moskvadakı "Nobu" restoranında Murad Dadaşov əfsanəvi aşpaz Nobuyuki Matsuhisa ilə görüşdü.
7. Digər şoumen, teleaparıcı Murad Arif və əfsanəvi "Boney M" qrupunun solistlərindən olan Bobbi Farel.
8. "Eurovision" müsabiqəsinin qaliblərindən olan Aleksandr Rıbakın Bakıya səfəri zamanı çəkilən foto. Sən demə, Elza Seyidcahan Rıbakın ifasını çox bəyənirmiş.
9. Model Züleyxa Akçurina isə yəqin ki, dünya ulduzları ilə ən çox görüşən məşhurumuzdur. Modelin Monika Beluççi, Ornella Muti, Donatella Versaçe və digər tanınmışlarla çoxlu sayda fotoları var.
10. Monika Beluççi ilə görüşən daha bir sənətçimiz Azərbaycanı "Eurovision 2009" mahnı müsabiqəsində təmsil edən Araşdır. Müğənni Monika Beluççi ilə bir filmdə rol alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31