Röya getdi...
Müğənni səhər saatlarında Azərbaycanı tərk etdi
10 Dekabr 2012 12:10 MədəniyyətMüğənni Röya Ayxan Azərbaycandan gedib. Lent.az-n məlumatına görə, müğənni səhər saatlarında Heydər Əliyev Hava limanından Türkiyəyə yola salınıb.
Bir qədər əvvəl müsahibələrində Azərbaycanı uzunmüddətli tərk edəcəyini söyləyən Röya, bu istəyini gerçəkləşdirib. Müğənni bundan sonra fəaliyyətini Türkiyədə davam etdirəcək.
Xatırladaq ki, müğənninin sözləri və musiqisi Soner Sarıkabadayıya məxsus "Göndər" adlı mahnısı qardaş ölkənin telekanallarında yayımlanmaqdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31