"Gangnam Style"ın ifaçısı Barak Obamadan üzr istədi

Cənubi koreyalı reper PSY Vaşinqtonda konsertdə çıxış edib

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ailəsi ilə birlikdə Vaşinqtonda ənənəvi olaraq hər il Milad bayramı ərəfəsində keçirilən möhtəşəm konsertdə iştirak edib. Konsertdən gələn gəlir Milli Uşaq Tibb Mərkəzinə veriləcək. Konsertdən əvvəl Barak Obama və ailəsi mərkəzin xəstə uşaqlarına kitab hədiyyə ediblər."Vaşinqtonda Milad" adlanan və bu il 31-ci dəfədir keçirilən konsertin bu ilki sürpriz qonağı cənubi koreyalı reper PSY olub. İnternetdə "Gangnam Style" klipi ilə dünya şöhrəti qazanmış reper həmin fenomen mahnını ifa edib.Əsl adı Park Çe-san olan reper Barak Obamadan 2002 və 2004-cü illərdə Cənubi Koreyada ABŞ əleyhinə nümayişlərdə "kəskin sözlər dediyinə görə" üzr istəyib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31