Azərbaycanlı aktyor: "O istəyir ki, bacısını türkdilli biri alsın"
"Əslində, burada faciə qardaşlarındır, çünki onlar heç cür bir ola bilmirlər".
10 Dekabr 2012 08:05 MədəniyyətAzdrama klassik əsərə müraciət edib. Belə ki, Akademik Milli Dram Teatrı bu dəfə Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərini səhnələşdirib. Tamaşanın quruluşcu rejissoru Firudin Məhərrəmovdur.Tamaşada ana rolunu xalq artisti Səidə Quliyeva, 3 qardaşın yeganə bacısı Gülbahar rolunu əməkdar artist Şəlalə Şahvələdqızı, böyük qardaş Rüstəm bəyi Ayşad Məmmədov, ortancıl qardaş Məmmədəlini Kazım Həsənquliyev, kiçik qardaş Səməd bəyi Aslan Şirin ifa edirlər.Bundan başqa, tamaşada İradə Ağasıbəyli, Dilarə Nəzərova, Sevinc Əliyeva, Firuz Xudaverdiyev, Mətləb Abdullayev, Rövşən Kərimduxt, Ramin Şıxəliyev, Elçin Əhmədov, Elnar Qarayev, Mirzə Ağabəyli kimi aktyorlar da iştirak edirlər. Əvvəllər Bələdiyyə Teatrında çalışıb, indi bu sənət ocağında fəaliyyət göstərən aktyor Ramin Şıxəliyev isə tamaşada Şahid Hüseyn rolunu oynayır. O, Milli.Az-a tamaşadakı rolunu belə izah etdi:"Şahid Hüseyn türkdür. Kiçik qardaş Səməd Vahidin dostudur. Səməd Vahid, yəni Gülbaharın qardaşı, istəyir ki, bacısını türkdilli biri alsın. Çünki onun özü də türkdilli ziyalıdır. O da sevinir ki, türkçülüyü sevən bir dostu ilə qohum olsun. Ona görə də iclasda alovlu çıxış edir. Həm özünü qıza göstərir, həm də iclasdakılara haqlı olduğunu sübut etmək istəyir. Əslində, burada faciə qardaşlarındır, çünki onlar heç cür bir ola bilmirlər".