İbrahim Tatlısəs iflasa uğradı

Məşhur müğənninin 11 şirkətinin əmlakına həbs qoyulub

"İmperator" ləqəbli məşhur müğənni İbrahim Tatlısəs maddi cəhətdən sıxıntılı günlər keçirir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2 milyon 100 min lirə borcunu ödəyə bilməyən müğənninin 11 şirkətinin əmlakına həbs qoyulub. Ötən il silahlı hücumdan sonra səhnəyə çıxa bilməyən İ.Tatlısəsin maddi cəhətdən çox ağır günlər keçirdiyi bildirilir. İbrahim Tatlısəs bu qərarla barışmayaraq qarşı tərəfə məhkəmə iddiası qaldırlb. İstanbul İcra Məhkəməsi öz növbəsində müğənninin iddiasını qəbul edərək müvafiq qərar verəcək. Ancaq bununla belə İbrahim Tatlısəsin maddi cəhətdən ağır günlər keçirdiyi fakt olaraq qalır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31