Oksana Rəsulova da Azərbaycandan gedəcək
"Bu məni heç maraqlandırmır da".
9 Dekabr 2012 22:37 MədəniyyətMilli.Az Day.Az-a istinadən bildirir ki, rəqqasə Oksana Rəsulova Space telekanalının "Plus-minus" verilişinin qonağı olub.
- Düzdür ki, səhnədən getmək istəmisiniz?
- Yox. Doqquz ay əvvəl bu barədə düşünürdüm. Ərə gedəndən sonra yaradıcılıqdan bir qədər aralanmaq, bəzi tədbirlərdə, şənliklərdə çıxış etməmək istəyirdim.
- Elşad Xose barədə nəsə bilirsiniz?
- İnanın, artıq 6 aydır ki, onu heç yerdə görməmişəm, ona görə də indi harada olduğunu bilmirəm. Ona ancaq can sağlığı arzulayıram. Düzünü deyim ki, bu məni heç maraqlandırmır da.
- Ona ərə getdiyinizə görə peşmansınız?
- Bütün insanlar nəyə görəsə heyfsilənirlər, amma mən peşman deyiləm.
- Rəqqasə Fatimə Fətəliyeva ilə münasibətləriniz yenə gərginləşib?
- Bəzi fikir ayrılıqları vardı, amma indi hər şey yaxşıdır. Salamlaşırıq. Bu bəsimizdir.
- Oriental oynamısınız nə vaxtsa?
- Yox, heç vaxt bu rəqsi oynamamışam. Ancaq kiminsə sübutu varsa ki, oynamışam, qoy verilişə müraciət eləsin.
- Eksklüziv xəbər?..
- Bu ayın sonu Hindistana gedirəm. Orada məşhur hind aktyorunun məktəbində aktyorluq sənəti və rəqslər öyrənəcəm. Onun adını çəkə bilmərəm. 30 nəfərdən yalnız məni seçdilər.