"Azdrama"da premyera
8 dekabr tarixində, saat 19.00-da “Anamın kitabı” dramı səhnələşdiriləcək
8 Dekabr 2012 16:29 MədəniyyətAkademik Milli Dram Teatrında klassik milli dramaturgiyamızın ən parlaq nümayəndələrindən olan C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanmış "Anamın kitabı" tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tamaşa 8 dekabr tarixində, saat 19.00-da nümayiş olunacaq.Tamaşanın quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada rolları xalq Artisti Səidə Quliyeva (Zəhra Bəyim), əməkdar Artistlər Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Şəlalə Şahvələdqızı (Gülbahar), Sevinc Əliyeva (Zivər xanım), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal), aktyorlar Aslan Şirinov (Səməd Vahid), Anar Heybətov (Anar Heybətov), Hikmət Rəhimov (Mirzə Baxşəli), Elçin Əhmədov (Qənbər), Rövşən Kərimduxt (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor), Cümşüd Zeynalov (Polis), Əlləz Əhmədov (Polis) ifa edirlər.
Tamaşanın xronometrajı 2 saat 5 dəqiqədir.