“Muhteşem Yüzyıl” dayandırılır
Türkiyə parlamentində bununla bağlı qərar layihəsi hazırlanır
8 Dekabr 2012 09:48 MədəniyyətSon günlər Türkiyədə qalmaqala səbəb olmuş "Muhteşem Yüzyıl" serialının yayımının dayandırılması üçün qərar təklifi hazırlanıb. Bu barədə məlumat verən AKP (Hakim Ədalət və İnkişaf Partiyası) millət vəkili Oqtay Saral 2013-cü ilin ilk aylarında serialın yayımının dayandırılacağını deyib. Bu addımın baş nazir serialı tənqid etdiyi üçün atılmadığını deyən Saral bu məsələnin daha əvvəl də gündəmlərində olduğunu bildirib.
"Daha əvvəl də bu film barədə şikayətlər vardı. Valideynlər e-mail yazaraq övladlarının bu serial səbəbindən tarixi səhv öyrəndiyini bildirir. Gənc nəslin nümayəndəsi, "Qanuni belə bir insanmı olub? Allah bəlasını versin" deyir. Belə olduğuna inanırlar" - deyə Oqtay Saral qeyd edib.
Milliyətçi Hərəkat Partiyasının da (MHP) bu qərar layihəsinə dəstək verəcəyini bildirən millət vəkili anamüxalifətçi Cumhuriyyət Xalq Partiyasının (CHP) bəzi üzvlərindən də dəstək gözlədiklərini deyib.