Dost olmayan xalq artistlərinin küsülü olmasına aydınlıq gətirilib
7 Dekabr 2012 18:07 MədəniyyətXalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşovanın arasının dəyməsi haqda gəzən söz-söhbətləri B.Dadaşovanın mətbuat sözçüsü təsdiqləyib. "Azadinform"un məlumatına görə, mətbuat sözçüsü "əslində xalq artistləri heç də efirdən göründüyü kimi dost deyillər" deyib: "Tədbirlərdə və ya kamera önündə hansısa müğənni ilə yanaşı dayananda bu, onların dostluğundan xəbər vermir. Onlar hətta bir-birinin evinə gedib, gəlmirlər. Brilliant xanım Zülfiyyə Xanbabayeva, Yaqub Zurufçu, İlqar Muradovla dostluq edir. Adam insanlarla dostluq edir. Dostluq etdiyin adamın yaradıcılığını bir kənara qoyursan, xarakterini dəyərləndirirsən". Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşovanın şou-biznesdə küsülü olduğu müğənnilərlə heç də barışmaq fikrində olmadığı bildirilib.