“Narkomaniyaya YOX deyək”

Xuraman Şuşalı nəcib addıma imza atacaq!

Sevimli müğənnimiz Xuraman Şuşalı dayanmadan öz üzərində çalışır. İki övlad anası Xuraman xanım yaxın günlərdə "Bezmişəm" adlı mahnısına klip çəkdirib. Klipi müğənniyə həyat yoldaşı hədiyyə edib. Müğənninin "Olaylar"a söylədikləri: - Klip "Bezmişəm" adlı mahnıma çəkilib. Bu klip mənim əvvəlki  kliplərimdən orjinallığı ilə seçilir. Burada sevginin həsrətindən ağrı - acısından usanmış bir insanın obrazını yaratmışam. Klipdə sujet xətti yoxdur. Seçilmiş məkanlar, geyimlər, istifadə olunan simiotik elementlər, hətta vizaj bu obrazin daxili aləmini, yaşadıqlarını aydın şəkildə göstərir. Adətən, müğənnilər çəkdirdikləri kliplərdə musiqinin tələb etdiyi obrazın xarakterini nəzərə almadan yaradıcı heyyətdən gözəl görsənmələrini tələb edirlər. Amma mən tələb olunan obrazı yaratmaq üçün müxtəlif mimikalardan, jestlərdən kompleksiz şəkildə istifadə etdim.Bir sözlə, aktrisalıq məharətimi göstərdim. Təbii ki, son sözü tamaşaçılar deyəcək. Qeyd edim ki, istifadə olunan geyimləri tanınmış modalyer Şəlalə Maqsudova xususi olaraq bu klip üçün işləyib.Vizaj isə Natiqindir.    Dekabr ayının 14-də müğənni "Narkomaniyaya YOX deyək" adlı konsert proqramı ilə tamaşaçılarını sevindirəcək. Müğənninin bu konsertində özəl qonaqları da olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31