Bred Pittin "Kağız"ı

Aktyor serial çəkəcək

Məşhur Hollivud aktyor Bred Pitt öz şirkəti olan "Plan B Entertainment"la birlikdə "Kağız" adlı serial istehsal edəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, serialın süjeti "The New Yorker" jurnalında dərc olunan Ceyk Helpernin məqaləsindən götürülüb. Filmdə Bufallo şəhərinin sakini keçmiş qanqsterdən bəhs olunur.
"Kağız"a ssenarini Amerikanın ilk iyirmi yaxşı gənc yazıçıları sırasına daxil olan yazıçı Uels Tover yazıb.
Qeyd edək ki, Bred Pittə prodüsserlik fəaliyyəti ilə məşğul olmağa məhz o kömək edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31