Məşhur türk aparıcı: "Mən belə dünyada yaşamaq istəmirəm!" VIDEO
7 Dekabr 2012 13:10 MədəniyyətTürkiyənin ən məşhur teleaparacı və şoumenlərindən biri Okan Bayülgen İstanbuldakı Yeditepe Universitetində keçirilmiş "Sosial Media-2012" toplantısına qatılmışdı.
Milli.Az DHA-ya istinadən bildirir ki, səhnədə suallara cavab verərkən tələbə qızlardan biri Bayülgene yaxınlaşıb və ondan siqaret çəkməməyəi xahiş edib.
"Bu dediklərin, etdiyin faşizmdir. Səni faşist saymıram, amma mənə etiraz edirsən. Əlimdəki siqaret sənə oturduğun yerdə necə təsir edə bilər? Sənin olduğun dünyada mən yaşamaq istəmirəm.
Məsələn, təsəvvür et ki, yemək yeyənlərə yaxınlaşıb: "Şəkər xəstəsiyəm, mən o yeməkləri yeyə bilmirəm, siz də yeməyin", - deyirsən. Sənin kimi insanların yaşadığı dünya məni dəli edir. Sayınız da gedərək artır. İstanbulun kənarındakı nüvə tullantıları zibilxanasına niyə etiraz etmirsən?!" - Bayülgen deyib.