Baş nazirə ağlayaraq işsiz olduğunu deyib VIDEO

"Zərrin Özər baş nazir Ərdoğana zəng vurub ağlayaraq işsiz olduğunu və belə gedərsə küçələrdə qalacağını deyib". Bu sözləri türküçü Nihat Doğan Türkiyənin unudulmaz sənətçisi Zərrin Özərin yeni proqramı ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda "TRT-müzik" kanalında "Anılarınla gel" proqramını aparan Zərrin Özərə baş nazir kömək edib: "Zərrin Özər baş nazirdən ağlayaraq xahiş edəndən sonra Ərdoğan "TRT-müzik" kanalında onun üçün bir proqram hazırlanması ilə bağlı tapşırıq verib".

Nihat Doğan deyib ki, əgər bu iddia doğru olsa, yaxında bir çox sənətçilər Ərdoğana zəng vurub iş istəyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31