"Muhteşem yüzyıl" havada yasaqlandı
7 Dekabr 2012 11:31 MədəniyyətTürkiyənin "Türk Hava Yolları" (THY) aviaşirkətinin təyyarələrində sərnişinlərə təklif olunan seriallar arasında ölkənin ən populyar teleserialı sayılan "Muhteşem yüzyıl" yoxdur.
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, THY təyyarələrində sərnişinlərə təklif edilən əyləncə sistemi olan "Planet"in dekabr ayı proqramında türk və ingilis dillərində "Mühteşem yüzyıl" anons edilmişdi.
"Planet" jurnalının 40-cı səhifəsində də bu anons yer alıb.
Lakin sonradan sərnişinlərin uçuş zamanı baxmaları üçün təklif edilən seriallar paketində "Muhteşem yüzyıl" yoxa çıxıb.
"Serialı təklif etməyi nəzərdə tutmuşduq. Lakin baş nazir Rəcəb Tayyib Ərdoğanın serialla bağlı tənqidi bəyanatından sonra fikrimizdən vaz keçdik", - THY yetkililəri bildiriblər.