Toni Brekstonun Bakıda konserti səhhəti ilə bağlı təxirə salınıb

Toni Brekstonun səhhətində problemlər yaranıb. Trend-in məlumatına görə, bu barədə müğənninin menecerləri məlumat yayıb.Müğənninin həkimləri Toni Brekstona dekabr ayına nəzərdə tutulan konsert və şou proqramlarının təxirə salmağı israr ediblər.Qeyd edək ki, dünya estradasının ulduzu, 6 Qremmi mükafatının sahibi Toni Brekstonun dekabr ayında Bakıda da konserti nəzərdə tutulurdu. Müğənni dekabrın 17-18-də Heydər Əliyev Sarayında iki günlük solo konsertlə çıxış etməli idi. Müğənninin menecerlərinin sözlərinə görə, Toni Brekston səhhətindəki problemlər aradan qalxdıqdan sonra yenidən şou proqramlarının həyata keçirilməsini və pərəstişkarları qarşısında çıxış etməyi planlaşdırır.Toni Brekstonun yaxın müddətdə konsert turlarının təxirə salınması ilə əlaqədar dekabrın 17-18-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsertin biletlərinin kassaya qaytarılmasına başlanılıb.Konsertin biletinin satışı ilə məşğul olan Ur Style şirkətindən verilən məlumata görə, alınan biletləri dekabrın 7-dan etibarən hər gün saat 19.00-dək Bülbül prospekti ilə Lev Tolstoy küçəsinin kəsişməsində (Mango mağazasının yanında) yerləşən kassada qaytarmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31