Hülya Avşarın keçmiş ərinin oğlu qaçırıldı

Türkiyənin məşhur müğənnisi və aktrisası Hülya Avşarın sabiq əri Kaya Çilingiroğlunun oğlu Kayanın olduğu şagird avtobusu qaçırılıb. milli.Az DHA-ya istinadən bildirir ki, İstanbulun Etiler səmtində polisdən qaçan oğrular məktəbin avtobusuna zorla miniblər. Onlar içi şagirdlərlə dolu avtobusu qaçırıblar.
Bir müddət sonra polis avtobusu dayandırıb və iki cinayətkarı yaxalayıb.Avtobusdakı uşaqlar 6 yaşlılardı. Bundan xəbər tutan Kaya Çilingiroğlu cinayətkarlara ən ağır cəzanın verilməsini istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31