Plagiat yazıb müğənniləri aldadan bəstəkarlar ifşa olundu VIDEO

Gənc bəstəkar Ramal Əsədzadə ANS PRESS-ə müsahibəsində plagiat mahnılardan danışdı

Plagiat mahnıların sayı gündən-günə artır. Bəziləri isə hansısa bir məşhur musiqinin üzərində mahnı yazaraq, bir balaca aranjemanını dəyişməklə özlərinə bəstəkar adını qoymaqdan belə çəkinmirlər.
Gənc bəstəkar Ramal Əsədzadə ANS PRESS-ə müsahibəsində plagiat mahnılardan danışdı. R.Əsədzadə plagiatlığın baş alıb getməsində musiqi müəllifləri ilə birlikdə ifaçıları da günahlandırdı: "Təbii ki, bunun da əsas səbəbkarı bəstəkarlar və plagiat olduğunu bildiyi halda ifa edən müğənnilərdir. Sevda Yəhyayevaya uğur qazandıran "O zaman" mahnısı özbək mahnısıdır. Müəlifi guya Pərviz Mahmudovun oldugu bu mahnının əsl orijinal variantı hətta yerli fm dalğalarında da səslənib."
Gənc musiqiçi adaşı Ramal İsrafilovu da plagiatçılıqda ittiham etdi: "2009-cu ildə Ramal İsrafilovun oxudugu və bəstəsinin özünə aid olduğunu bəyan etdiyi "Sevirəm" mahnısı Qreyq Devidin "7 days" mahnısının kopyasıdır. Və, son günlər üstündə dava düşən "Aləm gözəl" mahnısı isə əslində bir kürd xalq mahnısının musiqisindən götürülüb".
Müğənni Rəqsanəni də plagiat mahnılar oxuduğunu qeyd edən Ramal Əsədzadə, buna misal olaraq onun ifasında səslənən "Heç kəs bizi ayıramaz" mahnısının türk mahnısı "Kaymakamın kızları" olduğunu söylədi.
"Elin gözü tərəzidir, təbii ki bunların üstü bir gün açılır.",-deyən musiqiçi bu açıqlamalarının davamı olacağını bildirdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31