Hansı otellər “5 ulduz”a layiq görüldü
6 Dekabr 2012 12:53 MədəniyyətMədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabr ayı ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlər dövlət təsnifatından keçirilib. Nazirliyin məlumatına görə "Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası"na əsasən dövlət təsnifatından keçirilən obyektlərə müvafiq ulduz kateqoriyaları verilib. Belə ki, "Ayan Palace" mehmanxanası - 5 ulduz, "Şəki Olimpiya Kompleksi" mehmanxanası- 5 ulduz, "Karvansaray" mehmanxanası - 4 ulduz, "Kür" mehmanxanası - 4 ulduz, "Divan Express" mehmanxanası 4 ulduz, "Grand Hotel" mehmanxanası - 4 ulduz, "Riviera" mehmanxanası - 4 ulduz , "Noah's Ark" mehmanxanası 3 ulduz kateqoriyasında qiymətləndirilib. ("OLAYLAR")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31