Beren Saat: "Bu işi evdə tək başınıza etməyin " VIDEO
6 Dekabr 2012 10:48 MədəniyyətSeriallarda canlandırdığı obrazlarla Yaxın Şərq və ərəb dünyasının da diqqət mərkəzində olan türk aktrisa Beren Saat əfqan qadınlara müraciət edib. Yerli mətbuatın yaydığı məlumata görə, aktrisa bu addımı ictimai öhdəliklər layihəsi çərçivəsində atıb. Aktrisalığı ilə yanaşı yardımsevərliyi ilə də tanınan Saat Avropa Birliyi və Əfqanıstan Səhiyyə nazirıliyinin birgə həyata keçirdiyi "Körpənizi səhiyyə qurumlarında dünyaya gətirin" layihəsinə dəstək verib. Beren Saat 30 saniyəlik video müraciətində əfqan qadınlara körpələrini evdə dünyaya gətirməməyi, bu iş üçün xəstəxanalara müraciət etməyi məsləhət görür. "Doğmaq üçün səhiyyə qurumlarına müraciət edin. Bu işi evdə tək başınıza etməyin. Məcburiyyət qarşısında qalsanız təcrübəli mama çağırın".