Dünya şöhrətli cazmen vəfat etdi (VİDEO, FOTO) VIDEO

Deyv Brubek 1988-ci ildə Mixail Qorbaçov və Ronald Reyqan üçün çıxış etmişdi

Amerikalı caz bəstəkarı və pianoçu Deyv Brubek vəfat edib. ANS PRESS-in "Reuters"ə istinadən verdiyi məlumata görə, o, ABŞ-ın Konnektikut ştatındakı xəstəxanalardan birində düunyasını dəyişib.Deyv Brubek 6 dekabr 1920-ci ildə Klaiforniya ştatının Konkord şəhərində anadan olub. O, 1950-60-cı illərdə Kaliforniya cazının ən görkəmli nümayəndələrindən olan kvarteti yaradıb. Bu kollektivin ifa etdiyi məşhur əsərlərdən biri bəstəkar Pol Dezmondun 1959-cu ildə bəstələdiyi "Take Five" caz kompozisiyası olub.Deyv Brubek 1988-i ildə Moskvada Mixail Qorbaçov tərəfindən o vaxtkı ABŞ prezidenti Ronald Reyqanın şərəfinə təşkil etdiyi qəbulda çıxış edib. ANS PRESS-in "Associated Press"-ə istinadən verdiyi məlumata görə, dünya şöhrətli cazmen Mixail Qorbaçova müraciətlə belə deyib: "Mən rus dilində danışmıram. Amma sizin hərəkətlərinizdən görürürəm ki, ifa etdiyim musiqi ürəyinizcədir".Deyv Brubek "Time" jurnalının üz qabığına düşən ilk caz musiqiçisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31