Elza Seyidcahan baxıcı olacaq?

Əməkdar artist Elza Seyidcahana yeni istedad gəlir. "Azadinform" bəstəkar-müğənninin verilişlərin birində dediyinə istinadən xəbər verir ki, Elza Seyidcahana vergi verilib: "Hiss eləyirəm ki, vergili insanam. Bilirsiniz, həyatda heç bir insan cəzasız qalmayacaq. Bəzi insanlara heyfsilənirəm ki, fikirləri başqadır, pisdir. Onlar məni görəndə gizlənirlər. Mən olduğum yerdə onlar olmaq istəmirlər. Mən elə insanların hamısını xoş, gülər üzümlə məğlub edirəm".
Yaradıcılıq yeniliklərindən də söz açan müğənni "Burada mən özümə rəqib görmürəm. Əgər rəqabət aparıramsa, bunu Türkiyədə edəcəyəm. Bir klip çəkdirməklə deyil, əlbəttə. Türkiyənin ən böyük sənətkarı ilə səhnəni paylaşacağam. Həmin adam hələ ki, adının açıqlanmasını istəmir" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31