Brilliant Dadaşova türk müğənnisi ilə birlikdə musiqi bayramı yaşatdı
5 Dekabr 2012 16:39 MədəniyyətSuperstarın "Brilliantla pırlantalı gecələr" verilişinin ilk buraxılışı böyük marağa səbəb oldu. milli.Az xəbər verir ki ötən gün türk dünyasının ortaq mədəniyyətini təbliğ edən TMB kanalında Azərbaycanın xalq artisti, superstar Brilliant Dadaşovanın təqdimatında "Brilliantla pırlantalı gecələr" verilişinin ilk buraxılışı nümayiş olunub.
Canlı efirdə tanınmış türk müğənnisi Kubatı qonaq edən xanım Dadaşova onunla birlikdə 2 saat ərzində tamaşaçılar üçün əsl musiqi bayramı yaşatmağa müvəffəq olub.
Proqramın gedişatında tamaşaçılar Azərbaycan mahnıları "Daşlı qala", "Yaşa Azərbaycan", "İstəyirəm görəm səni", "Əziz dost" mahnılarını müğənnilərin ifasında duet olaraq dinləyiblər. "Sən də başını alıb getmə nə olar" türk bəstəsini oxumaqları
da xüsusi maraqla qarşılanıb.
Brilliant xanımla Kubat oxuduqları mahnıların hər birini ekspromt olaraq seçib səsləndiriblər. Türk müğənnisinin Azərbaycan mahnılarına, xüsusilə folklorumuza özəl yanaşması Dadaşovanı çox xoşhal edib. Kubat aşıq Şəmşirin yaradıcılığından ürəkdolusu danışdıqdan sonra xalq artisti muğamlarımızdan bir parçanı da onun istəyi ilə səsləndirib.
Xəbəriniz olsun ki, bundan sonra superstar Bakı vaxtı ilə saat 22:00-dan etibarən qonaqları ilə hər çərşənbə axşamları TMB TV-nin efirini bəzəyəcək.