Afaq Bəşirqızı ölkədən gedir?

Az öncə ürəyində ağır cərrahiyyə əməliyyatı olunan Xalq artisti Afaq Bəşirqızı yaxın günlərdə ölkəni tərk edəcək. Buna səbəb aktrisanın ağır əməliyyatdan sonra bir müddət istirahət etmək istəməsidir. Amma nədənsə sevilən aktrisamız üz tutacağı ölkənin adını açıqlamaq istəmədi: "İnşallah gedib-gəlim, sonra bu səfər barədə danışaram. Qabaqcadan danışmaq istəmirəm. Hər halda, səhhətimlə bağlı dincəlmək arzusundayam".
Hazırda özünü əla hiss etdiyini söyləyən aktrisa səhnəyə nə vaxt çıxacağını da hələ dəqiqləşdirmədiyini, hazırda, yalnız istirahət barədə düşündüyünü  bildirdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31