Azərbaycan-Türkiyə ortaq tarixi yazılacaq
5 Dekabr 2012 14:41 MədəniyyətBir neçə gün əvvəl Türkiyənin Ankara şəhərinə səfər edən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və institut əməkdaşları Türkiyənin elm və hökumət adamları, ümumtürk tarixini araşdıran elmi strukturların rəhbərləri ilə görüşlər keçiriblər. Tarix İnstitutundan "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, görüşlər zamanı ortaq ümumtürk tarixinin yazılması məsələləri müzakirə olunub. Qərara alınıb ki, ilkin olaraq ortaq Azərbaycan-Türkiyə tarixi yazılsın. Müzakirələr zamanı başqa türk xalqlarının tarixçilərinin ümumtürk tarixinin yazılması ilə bağlı görüləcək işlərə cəlb edilməsi də qərara alınıb. Səfər zamanı Ankaranın Bilkənd Universitetində İnalcıq Xəlilə Tarix İnstitutunun Fəxri Doktoru diplomunun təqdimetmə mərasimi də keçirilmişdir. Fəxri Doktor diplomunu İnalcıq Xəlilə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov təqdim edib. Təqdimat zamanı çıxış edən ustad tarixçi İnalcıq Xəlil ümumtürk tarixində Azərbaycanın tarix boyu hər zaman önəmli rol oynadığını vurğulayıb.